Novruzun qayıdışı

Bir il əvvəl Əfqanıstan, Azərbaycan, İran, Qazaxstan, Qırğızstan, Tacikistan, Türkiyə və Türkmənistanın irəli sürdüyü və sonradan Albaniya, Hindistan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın qoşulduğu bir qətnamə ilə Birləşmiş Millətlər Təşkilatı 21 martı Beynəlxalq Novruz Günü elan etdi. Qədim fars dilində “yeni işıq” demək olan Novruz gecə-gündüzün bərabərliyi günündə qeyd edilən bahar və oyanış bayramıdır ki, əsasən Balkan, Qara dəniz hövzəsi, Qafqaz, Orta Asiya və Yaxın Şərqdə yaşayan 300 milyondan çox insanı əhatə edir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən əldə edəndən bəri Novruz burada rəsmi bayram kimi dövlət səviyyəsində qeyd olunur. Lakin uzun müddət sovet hakimiyyəti dövründə onu açıq bayram etmək qadağan olunmuşdu, buna görə də hər il insanlar onu ancaq öz ailələrində qeyd edərdilər… bircə istisna ilə.

“Sovet Azərbaycanı” kino-jurnalının növbəti nadir videosu 1967-ci ildə rəsmi Novruz şənliklərini göstərir. Mən bu barədə 1980-ci illər məktəbdə, iyirmi il əvvəl rəsmən çap olunmuş Novruz açıqcalarını sinifdə bizə qiymətsiz müqəddəs əmanətlər kimi göstərən rəsm müəlliməmizdən eşitmişəm.

Rəsmi şənliklərin təşəbbüskarı o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə Katibi (üç ən yüksək rütbəli kommunist rəhbərindən biri), ixtisasca filoloq olan yazıçı, şair və dramaturq Dr. Şıxəli Qurbanov idi. Yerli partiya rəhbərliyi ona artıq bu təşəbbüsün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etmişdi və Moskvaya onu ifşa edən məktublar göndərilirdi. İzahat vermək üçün Qurbanov mərkəzə çağırıldı, lakin onları inandıra bildi ki, Novruz opponentlərinin iddia etdiyi kimi dini bayram deyil.

Bir çoxları deyir ki, uğurlu bayram şənliklərindən sonra Şıxəli Qurbanovun 1967-ci ilin iyununda Mərkəzi Komitənin plenumunda növbəti Birinci Katib təyin olunacağı şübhə doğurmurdu, lakin mayın 24-ü o, diş müayinəsi kürsüsündə vəfat etdi. Ona öldürücü iynəni vurmuş həkim pəncərədən qaçdı və heç vaxt tapılmadı. Qurbanovun ailəsi sonradan iddi etdi ki, bu ona olunan artıq dördüncü sui-qəsd idi. Bir çoxları Qurbanovu şəxsi şücaəti ilə Novruzu geri qaytarmış bir şəxs kimi yada salır.

Qurbanovun bu təşəbbüsü sayəsində daha sonra “Dəli Kür” (1969) və Yeddi oğul istərəm (1970) kimi sevilən Azərbaycan filmlərinə KosaKeçəlin iştirakı ilə xalq teatrı, yumurta döyüşdürmə, tonqal üzərindən atılma və digər Novruz səhnələri daxil edilmişdir, lakin bu bayram rəsmi olaraq bir də 22 il sonra, 1989-cu ildə kütləvi qeyd olundu.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s